Xəbər lenti

5 yaşlı uşağın mədəsindən elə bir şey çıxdı ki...
Dünya 22:40 24.03.2020

5 yaşlı uşağın mədəsindən elə bir şey çıxdı ki...

Nijnekamskda bir xəstəxanada cərrahlar beş yaşlı xəstəni əməliyyat edib. 

Qaynarinfo xəbər verir ki, körpə ürək bulanması və qusma şikayətlərindən sonra bir tibb müəssisəsinə gətirilib.

Müayinədən sonra xəstənin mədə, duodenum və bağırsağın bir hissəsində yad cisim (trichobesoar” olduğu üzə çıxıb. Bu, 300 qram ağırlığında, bir metr uzunluğunda saç yumağı olub.

Cərrahiyyə şöbəsinin müdiri Aleksey Spiridonov qeyd edib ki, belə bir anomaliya qızlarda daha çox olur. Ancaq ümumilikdə bu çox nadir bir haldır. Bu, saç və ya yun məhsullarını çeynəmək və udmağ meyilli olanlarda rast gəlinir. Nəticədə saç qida kütlələri və şirə ilə doymuş bir yumağa çevrilir. Saqqız və plastilin qəbulu nəticəsində bezoarların meydana gəlməsi halları da qeydə alınır.

Əməliyyatdan sonra qız özünü yaxşı hiss edir. Evə buraxılacağı gözlənilir. Həkimlər valideynlərdən uşaqlarının yemək vərdişlərinə diqqətli olmalarını xahiş ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->