Xəzər dənizinin Azərbaycan sahilində batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zaqulba-3, Qızılqum, Mərdəkan sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub.
Şərhlər