Sənət 14:20 01.10.2020

60 yaşı tamam olan Xalq artisti sabah Ağdama yola düşür

"Mənim ad günümə ən böyük hədiyyə Qarabağın qayıtması ola bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov deyib. 60 yaşlı yubilyar sabah Ağdama yola düşəcəyini deyib:

"Ordumuz irəliləyir, torpaqlarımız da qayıdır. Bundan gözəl nə ola bilər? Ürəyimiz cəbhə ilə döyünür. Hər gün telefon bağlantımız olur, amma sabah tezdən Ağdama gedəcəyik. Əsgərlərimizə dəstək verəcəyik”.

Mənsum İbrahimov 27 ildir bu günü gözlədiyini deyib:

"Ali Baş Komandan əmr versin, əsgərlərimiz də bizi sevindirsin. Qələbə bizimlədir. O günü gözləyirəm ki, "Qarabağ Şikəstəsi”ni Şuşada, Ağdamda, Qarabağda oxuyaq. Mənim üçün ən böyük hədiyyə Qarabağın qayıtması ola bilər. Ən böyük arzum isə Qarabağın azad olmasıdır”.

Bahar Rüstəmli