Xəbər lenti

65 yaşdan yuxarı yaşla bağlı məhdudiyyətlər bu şəxslərə şamil edilməyəcək
Ölkə 13:22 26.03.2020

65 yaşdan yuxarı yaşla bağlı məhdudiyyətlər bu şəxslərə şamil edilməyəcək

Nazirlər Kabinetinin koronavirus panmediyası ilə bağlı qərarı deputatlara şamil edilməyəcək.

Qaynarinfo xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, 65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər Milli Məclisin deputatlarına aid olmayacaq.

Bununla bağlı məsələ Milli Məclisin yaxın günlərdə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.

Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinə başlanılıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->