Xəbər lenti

700 bal toplayan abituriyent kimdir?
Ölkə 23:21 02.09.2020

700 bal toplayan abituriyent kimdir?

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 20-21 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb. Rekordçu abituriyent Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu Hüseyn Abdullayevdir. O, buraxılış imtahanlarında 300, qəbulda isə 400 bal toplayaraq ümumilikdə maksimal nəticə göstərib.

Qeyd edək ki, H. Abdullayev əslən Ağsu şəhərindəndir və 3-cü sinifdən Xırdalan şəhəri 1 nömrəli orta məktəbdə təhsil alıb. (unikal.org)

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->