Xəbər lenti

Fox News: Harvard gələn həftə işçilərin bir hissəsini ixtisar edəcək
Dünya 09:40 27.06.2025

Fox News: Harvard gələn həftə işçilərin bir hissəsini ixtisar edəcək

Harvard Universitetinin Con F. Kennedi adına Dövlət İdarəçiliyi İnstitutu gələn həftə federal maliyyələşdirmənin azalması səbəbindən işçilərinin bir hissəsini işdən çıxaracaq.

"Report” xəbər verir ki, bu barədə "Fox News” telekanalı dekanın elektron məktubuna istinadən məlumat yayıb.

"Bu son dərəcə çətin dövrdür və biz bundan yan keçmək üçün əlimizdən gələni etdik. Məktəb və universitet olaraq görünməmiş çətinliklərlə üzləşdiyimiz üçün bu addımı atmağa məcbur olduğumuza görə səmimi şəkildə təəssüf edirəm”, — dekan Ceremi Vaynşteynin məktubunda deyilir.

İxtisar ediləcək işçilərin dəqiq sayı hələ bəlli deyil.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->