Siyasət 13:15 25.10.2019

82 yaşlı deputat: "Seçkidə iştirak etməyəcəyəm”

"Gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etməyəcəm”. 

Qaynarinfo xəbər verir ki, bu barədə unikal.org-a Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

O bildirib ki, gələn il yaş həddi ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) deputatlığa namizədliyini irəli sürməyəcək: 

"Artıq mən yaşlanmışam. Hesab edirəm ki, bizim yerimizi gənclər tutmalıdır”.

Qeyd edək ki, dünən Ağacan Əbiyevin 82 yaşı tamam olub.