Sənət 16:33 02.12.2020

82 yaşlı xalq artisti koronavirusa yoluxdu

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının "Muğam” kafedrasının müdiri Arif Babayev koronavirusa yoluxub.

BAKU.WS-in məlumatına görə, sənətçinin vəziyyəti sabitdir. O, evdə müalicə alır.

Qeyd edək ki, 82 yaşlı sənətçi ötən il ağır əməliyyat keçirmiş, onun üçün İstanbuldan həkim gətirilmişdi.