Xəbər lenti

Azərbaycanlı qız bacarığı və hekayəsi ilə təəccübləndirdi (VİDEO)
Video 15:12 10.07.2025

Azərbaycanlı qız bacarığı və hekayəsi ilə təəccübləndirdi (VİDEO)

Türkiyənin "NOW” kanalında yayımlanan "Yetenek sizsiniz Türkiye” yarışmasına azərbaycanlı qız qatılıb. 

Günay Nuriyeva adlı qız gimnast olduğunu deyib. O, istedadını nümayiş etdirdikdən sonra həyat hekayəsini danışıb. Onun həyatı ilə bağlı dedikləri studiyadakıları təsirləndirib. 

O, 9 yaşına qədər yeriyə və danışa bilmədiyini, bu səbəbdən atasının onu tərk etdiyini deyib. 

Münsiflər onun illərlə üzərində çalışmasını alqışlayıblar. Günay 4 münsifdən də "hə" cavabı alalıb və növbəti mərhələyə keçib. 

Qeyd edək ki, yarışmada münsif kürsüsündə aktrisalar Eda Ece, Şevval Sam, aktyor-aparıcı İlker Ayrık və müğənni Hande Yener oturur.//Axşam.az 
 


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->