Ölkə 15:59 22.04.2021

“91-lər”in daha bir nümayəndəsi vəfat etdi

Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Maqsud Nəcəfov vəfat edib.

"Report”un xəbərinə görə, o, bu gün 73 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, M.Nəcəfov Yeni Azərbaycan Partiyasının (YAP) "qızıl fondu” elan edilən "91-lər”in nümayəndəsi idi.

Qeyd edək ki, "91-lər" 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdır.