AB xarici işlər nazirləri Belarusa qarşı yeni sanksiya siyahısını təsdiqləməyi planlaşdırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə birliyin beynəlxalq diplomatiyasının rəhbəri Josep Borrel məlumat verib.
Bu gün AB ölkələrinin xarici işlər nazirləri Lüksemburqda əsas mövzusu Belarusdakı vəziyyət olacaq toplantı keçirəcəklər. Burada Belarusun keçmiş prezidentliyə namizədi və müxalifət lideri Svetlana Tixanovskaya iştirak edəcək.
Sonra tərəflər yeni anti-Belarus tədbirlərini müzakirə edəcəklər. 86 şəxs və təşkilatın sanksiya siyahısına daxil ediləcəyi gözlənilir.
İyunun 18-də "Reuters” mənbələrə istinad edərək birliyin Belarusun ən böyük müəssisələrinə qarşı sanksiyaları təsdiqlədiyini yazıb. Söhbət neft, qaz, kalium istehsalı və telekommunikasiya sahələrindən gedir. AB ayrıca, ölkədəki iri şirkətlərə məhdudiyyətlər qoymağı, varlıqlarını dondurma və bəzi fiziki və hüquqi şəxslər üçün birlik ölkələri ərazilərinə səyahət etməyi qadağan etməyi planlaşdırır.
Alpər
Şərhlər