Xəbər lenti

ABŞ-da
Dünya 14:55 02.10.2025

ABŞ-da "şatdaun" yenidən niyə baş verdi?

Dövlət qulluqçularının xaotik ixtisarlarından və qeyri-sabit gömrük siyasətindən sonra ABŞ yeni böhranla – büdcə böhranı ilə üzləşib. Senat heç bir maliyyələşmə qanun layihəsini qəbul edə bilmədiyindən 1 oktyabr tarixindən ABŞ-da hökumətin qismən fəaliyyəti dayandırılıb.

Qaynarinfo xəbər verir ki, epravda.com bu barədə yazır.

Əvvəlcə demokratların maliyyələşməni uzatma layihəsi əksəriyyət olmadığı üçün rədd edildi, daha sonra respublikaçıların təklif etdiyi layihə də lazımi səs yığmadı. Beləliklə, çərşənbə gecəsindən etibarən yüz minlərlə federal qulluqçu ödənişsiz məzuniyyətə göndərilib.

Niyə "şatdaun" yarandı?

ABŞ-da maliyyə ili 1 oktyabrda başlayır və həmin tarixədək federal büdcə qəbul olunmalıdır. Senatda təsdiq üçün 60 səs tələb olunur. Respublikaçılar 53 yerə sahib olduğundan ən azı 7 demokratın dəstəyinə ehtiyac vardı, amma razılıq əldə olunmadı. Əsas səbəb – sosial yardım və səhiyyə proqramları üzrə kompromisin tapılmamasıdır. Demokratlar Obamacare və Medicaid üçün kəsintilərin ləğvini tələb edir, respublikaçılar isə imtina edirlər.

ABŞ prezidenti Donald Trampın Konqres liderləri ilə son görüşü də nəticəsiz qaldı. Demokratlar məsuliyyəti respublikaçıların üzərinə ataraq "bu, onların şatdaunudur” bəyan ediblər. Tramp isə məsələni AI vasitəsilə yaradılmış "dipfeyklərlə” ictimaiyyətə təqdim edib, guya demokratlar immiqrantlara pulsuz tibbi yardım tələbi ilə büdcəni bloklayırlar.

Nəticələr

Təxminən 750 min federal işçi məzuniyyətə göndəriləcək. Hər günün kompensasiyası büdcəyə 400 milyon dollara başa gələcək.

Kritik xidmətlər (ordu, FTB, CIA, hava nəzarətçiləri) işləməyə davam edəcək.

NASA işçilərinin 83%-i məzuniyyətə göndəriləcək, FCC-nin 81%-i isə artıq fəaliyyətini dayandırıb.

Sağlamlıq və sosial xidmətlər nazirliyində 41% kəsinti gözlənilir.

Fərqlər və risklər

1981-dən bəri bu, 15-ci "şatdaun"dur, amma Tramp prezidentliyi dövründə ilk dəfə deyil. 2018-ci ilin 35 günlük rekord "şatdaun"u da onun dövründə olmuşdu. İndi isə vəziyyət daha risklidir, çünki:

ABŞ iqtisadiyyatı Trampın tarif müharibələrindən sonra daha həssas vəziyyətdədir.

Əmək bazarında durğunluq müşahidə olunur.

"Şatdaun" bəzi iqtisadi məlumatların toplanmasını və dərcini gecikdirə bilər.

Ekspertlər deyirlər ki, hər həftəlik dayanma ABŞ ÜDM-ni təxminən 0,2% azaldır. Əvvəlki dəfə iqtisadiyyat 3 milyard dollar itirmişdi. Lakin bu dəfə vəziyyət daha ağır ola bilər: əgər dayanma həftələrlə uzansa, işsizlik 4,7%-ə qədər arta bilər.

Əlavə təsirlər

Ekologiya: EPA fəaliyyətini dayandırdığı üçün şirkətlərdən əlavə zəhərli tullantı riskləri artır.
Aviasiya: TSA və hava nəzarətçiləri ödənişsiz işləyəcək, bu da uçuşların gecikməsinə səbəb ola bilər. Pasportların verilməsi də ləngiyəcək.

Ekspertlərin fikrincə, qısamüddətli "şatdaun" iqtisadiyyata ciddi zərbə vurmasa da, əgər tərəflər yaxın vaxtlarda razılığa gəlməsələr, nəticələr ABŞ üçün daha ağır ola bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->