Xəbər lenti

ABŞ-ın 100 yaşında ölən eks-prezidenti: Cimmi Karter kim idi? - Maraqlı məqamlar
Dünya 14:30 30.12.2024

ABŞ-ın 100 yaşında ölən eks-prezidenti: Cimmi Karter kim idi? - Maraqlı məqamlar

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, Karter Corciya ştatının Plains şəhərindəki evində dünyasını dəyişib. 

O, 1977-ci ildən 1981-ci ilə kimi prezident vəzifəsində çalışıb, bundan sonra seçkilərdə Ronald Reyqana uduzaraq Ağ Evi tərk edib. 

"Bild" ABŞ-ın 39-cu prezidenti ilə bağlı əsas məqamları xatırlayıb:

* Onun seçkilərdəki qələbəsinə az adam inanırdı: Corciyadan olan naməlum fermer, çox təcrübəsi olmayan, həm də cənublu idi (Vətəndaş müharibəsindən sonra bircə dənə də olsun cənublu prezidentlik etməmişdi). Bununla belə, o, respublikaçı Corc Fordu məğlub edə bilib. Kampaniya zamanı Karter amerikalılara and içib: "Mən heç vaxt yalan danışmayacağam".

* 1979-cu ildə ABŞ-da benzinin qiyməti iki dəfə artdığı və inflyasiyanın 11,5%-ə yüksəldiyi böhran səbəbindən populyarlığını itirib. Karter günahı öz üzərinə götürüb və altı naziri işdən çıxarıb.

* Karter İsrail və Misir arasında sülh müqaviləsinə yol açan Kemp Devid Sazişlərinə vasitəçilik edib.

* O, ABŞ-ın xarici neftdən asılılığını azaltmağa və hətta bundan sonra alternativ enerji mənbələrini inkişaf etdirməyə, enerjiyə qənaət etməyə və ətraf mühitin mühafizəsi haqqında məlumatlılığı artırmağa çalışib.

* Karter ABŞ-ın xarici siyasətində və ümumən beynəlxalq münasibətlərdə insan hüquqlarının vacibliyini vurğulayıb.

* Ağ Evdə xidmət etdikdən sonra Yaxın Şərq, Koreya və Ruanda da daxil olmaqla beynəlxalq münaqişələrdə vasitəçi kimi yüksək mükafatlar qazanıb. 2002-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Amerikalılar onu ən humanist prezidentlərdən biri hesab edirlər.

Son illərdə Cimmi Karter xərçənglə mübarizə aparıb və palliativ yardım alıb. O, sonuncu dəfə ictimaiyyət qarşısında çıxışını 2023-cü ilin noyabrında həyat yoldaşı Rozalinin dəfn mərasimində edib (onlar 77 il evli idilər). Hətta o zaman Karter zəif görünüb. Onun dörd övladı, 11 nəvəsi və 14 nəticəsi var.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->