Xəbər lenti

ABŞ-ın Minsk qrupunu “diriltmək” cəhdi nədən xəbər verir? (ŞƏRH)
Siyasət 09:35 27.08.2022

ABŞ-ın Minsk qrupunu “diriltmək” cəhdi nədən xəbər verir? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, ABŞ dövlət katibi Entoni Blinken Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və ATƏT-in Minsk qrupunun həmsədri təyin edib. Blinkenin bidlirdiyinə görə, Riker ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında birbaşa dialoqa yardımçı olacaq. 

Yarandığı gündən Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir real addım atmayan Minsk qrupu demək olar ki, faktiki fəaliyyət göstərmir. Rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, artıq münaqişə bitdiyindən, belə bir qurumun fəaliyyətinə ehtiyac yoxdur.
 
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da Blinkenin bu açıqlamasını şərh edərkən deyib ki, belə bir mövqenin sərgilənməsi bölgədə yaranan post-münaqişə reallığından uzaq bir yanaşmadır:
 
"ABŞ dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur".

XİN sözçüsü onu da bildirib ki, Minsk qrupunun "reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər:
 
"Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir". 

Münasibətlərin gərginləşdiyi indiki situasiyada ABŞ-Ia Fransanın Minsk qrupunda Rusiya ilə birgə işləməsi də qeyri mümkündür. Buna baxmayaraq, görünən odur ki, Vaşinqton Minsk qrupunu yaşatmaq istəyir. Ona görə də prosesdən bərk-bərk yapışmaqda davam edir. Bu fonda ABŞ-ın Minsk qrupunu yaşatmaq istəyinin siyasi gediş olduğu bəlli olur. 

Qeyd edək ki, 44 günlük müharibə nəticəsində yaranan yeni reallıqlar fonunda ABŞ-ın Qarabağ məsələsinə təsir imkanları, Suriya məsələsində olduğu kimi sıfır səviyyəsinə düşüb. Hətta demək olar ki, Vaşinqton artıq prosesin iştirakçısı deyil. Burada onun həyata keçirəcəyi hər hansı bir iş qalmayıb. Bəllidir ki, prosesdə əsas iştirakçı Azərbaycandır. Digər tərəfdən, burada Rusiya və Türkiyə də müəyyən dərəcədə rol alıb. Belə vəziyyət isə sözsüz ki, ABŞ-ı narahat edir. Buna baxmayaraq, ABŞ prosesdə yer almaq, bölgədə itirdiyi təsir imkanlarını yenidən bərpa etmək üçün bütün vasitələrdən istifadə edərək, Minsk qrupunu diriltməyə çalışır.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirir ki, Minsk qrupunu yenidən gündəmə gətirməklə ABŞ Qarabağ prosesində özünün də yer almasına çalışır:



"44 günlük müharibədən əvvəl Mindk qrupu mövcud olanda ABŞ-ın buradakı mövqeyi pozitiv olması ilə seçilirdi. Artıq isə Minsk qrupu mövcud deyil. Onun üzvlərindən Rusiya da birmənalı şəkildə qurumun mövcud olmadığını bəyan edərək, oradakı nümayəndəsini geri çağırıb. Başlıcası, Azərbaycan qətiyyətlə bəyan edib ki, Minsk qrupu çoxdan ləğv edilib. Onun Ermənistan-Azərbaycan münasibətlərində heç nə edə bilməyəcəyi hər kəsə bəllidir. Ona görə də Azərbaycan onun yenidən dirilməsinə edilən cəhdləri qətiyyətlə pisləyir. Minsk qrupunun görəcəyi işləri Azərbaycan əsgəri gördü. Ona görə də ABŞ-ın bu sayaq hərəkəti onun həmin məsələ ətrafında ciddi tərəddüdlər içərisində olduğunu göstərir. Artıq bilirik ki, proses əvvəlki səviyyədə deyil, artıq başa çatmaq üzrədir. Bu fonda ABŞ çalışır ki, prosesin yerdə qalan hissəsinin həyata keçməsində yer alsın”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->