Xəbər lenti

Həmin ingilis dili müəllimi saxlanıldı
Ölkə11:53 04.11.2025

Həmin ingilis dili müəllimi saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngilis dili müəllimi kimi fəaliyyət göstərən Azər İsmayılov saxlanılıb.
Qaynarinfo Milli.az-a istinadən xəbər verir ki, ondan vətəndaşların çoxsaylı şikayətləri var.
İsmayılovun rəhbərlik etdiyi "iamzervacademy” kimi tanınan dil kursu vətəndaşların 3 aylıq ödənişlərini əvvəlcədən alsa da, dərslər keçirilməyib. 50-dən çox şəxs bu yolla aldadılıb.
A.İsmayılovun sosial şəbəkələrdə səhifəsini bir sıra məşhur bloqerlər və müğənnilər də reklam edib. Bu yolla o, vətəndaşların inamını qazanıb.
Qeyd edək ki, bir müddət əvvəl Azər İsmayılovun əməlləri ilə bağlı bir qrup vətəndaş "Qafqazinfo”ya müraciət etmişdi.