Xəbər lenti

ABŞ, İsrail və dörd ərəb ölkəsinin diplomatları Manamada görüşəcək
Dünya 14:10 27.06.2022

ABŞ, İsrail və dörd ərəb ölkəsinin diplomatları Manamada görüşəcək

Bu, İsraildə keçirilən birinci turdan sonra ikinci görüşdür.

Qaynarinfo bu barədə "İndipendent"in fars bölməsinə istinadən xəbər verir.

Görüşün məqsədi su, turizm, səhiyyə, enerji, ərzaq təhlükəsizliyi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsidir.

İsrail, ABŞ və dörd - Ərəb ölkələri birliyinin üzvü olan BƏƏ, Mərakeş, Bəhreyn və Misirin İsraildəki səhra - "Niqab Sammiti" kimi tanınan görüşündən üç ay sonra, sammitin ikinci mərhələsi bazar ertəsi (27 iyun) Bəhreyndə keçiriləcək.

Qeyd edilir ki Sammit ABŞ prezidenti Co Baydenin İsrail, Səudiyyə Ərəbistanı və İordan çayının qərb sahilinə səfərindən iki həftə əvvəl keçirilir.

M.Arif

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->