Xəbər lenti

ABŞ-la Çin Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Dünya16:42 12.12.2022

ABŞ-la Çin Rusiya-Ukrayna müharibəsini müzakirə edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Çin nümayəndələri Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı "açıq və substantiv” danışıqlar aparıblar.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb. 
Görüş Çinin Lanqfanq şəhərində baş tutub. ABŞ rəsmiləri dekabrın 11 və 12-də Çinin xarici işlər nazirinin müavini Se Fen ilə görüşüb.
ABŞ tərəfinin danışdığı mövzulardan biri də "qeyri-qanuni saxlanılan və ya Çindən səyahət qadağasına məruz qalan ABŞ vətəndaşlarının vətənə qaytarılması” məsələsidir”,  deyə rəsmi bildirib.
CNN xəbər verir ki, ABŞ nümayəndə heyəti Rusiyanın Ukraynaya qarşı müharibəsi və Şimali Koreyadan gələn təhlükə mövzularına da toxunub.
Nizami Bağırov