Xəbər lenti

ABŞ öz
Dünya 16:16 08.12.2025

ABŞ öz "Şahed"ini yaratdı: "Forbes" bunun niyə vacib olduğunu izah etdi

ABŞ ordusu ilk dəfə açıq şəkildə etiraf edib ki, ələ keçirilmiş İran istehsalı "Shahed-136” kamikadze dronu əsasında yeni zərbə PUA-sı hazırlayıb.

Qaynarinfo "Forbes”ə istinadla yazır ki, ucuz, birdəfəlik LUCAS dronu artıq Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının 3 dekabrda elan etdiyi yeni "Əqrəb Zərbəsi” (TFSS) əməliyyat qrupunun tərkibində yerləşdirilib.

ABŞ İrana onun metodları ilə cavab verib

İran 40 ildən çoxdur ki, ABŞ silahlarını lisenziyasız surətdə kopyalayır — tank əleyhinə raketlərdən tutmuş F-14 qırıcılarına qədər. İndi ABŞ eyni addımı atıb: vurulmuş "Shahed-136”dakı texnologiyalardan istifadə edib, onlarda bir çox Amerika komponenti var.

CENTCOM-un məlumatında deyilir: "LUCAS dronlarının uçuş məsafəsi genişdir, avtonom işləyir və müxtəlif platformalardan buraxıla bilir”.

Bir LUCAS dronunun dəyəri təxminən 35 min dollardır — "Şahed”lə eyni qiymət. Müqayisə üçün, bir MQ-9 "Reaper” 30 milyon dollara başa gəlir. Başqa sözlə, bir "Reaper”in qiymətinə 857 LUCAS istehsal etmək mümkündür — bu isə zərbə dronlarından istifadənin fəlsəfəsini tam dəyişir.
Birdəfəlik dronlar ABŞ-a bu imkanları verir:

• itki qorxusu olmadan massiv hücumlar etmək,
• İranın proksi qruplarının zərbələrinə bahalı sistemlər tətbiq etmədən cavab vermək,
• hava məkanını ucuz silahla doyurmaq — İran və Rusiyanın etdiyi kimi.

ABŞ niyə bu addımı atıb?

İranın "Shahed-136” dronları uzun illərdir ABŞ obyektlərinə hücumlar edir, 2022-dən sonra isə Rusiya tərəfindən Ukraynaya qarşı kütləvi şəkildə istifadə olunur. Onların PVO-nu çoxsaylı buraxılışlarla aşması döyüşlərin kritik amilinə çevrilib.

ABŞ daha ucuz və çoxsaylı "dron sürüsü” yaratmaq istəyir — xüsusilə "Reaper”in çox bahalı və həssas olduğu ərazilərdə, məsələn, Yəməndə. Orada husilər "Reaper”ləri yer-hava raketləri ilə vururdular.

Məqalədə İranın uzun illər apardığı reverse-engineering nümunələri göstərilir:

• TOW → Toofan
• Spike → Almas
• Javelin → 2022-dən etibarən öyrənilir
• RQ-170 → Shahed 171 və digər modellər
• AIM-54 Phoenix → Fakour-90
• Maverick → Bina-2
• M48/M60 tankları → Kərrar, Soleyman-402

Bu, ABŞ embarqosundan sonra İran üçün məcburi strategiya idi. İndi isə ABŞ eyni prinsiplə, lakin daha sürətli, ucuz və yüksək texnologiya ilə cavab verdiyini göstərir.

"Shahed”in LUCAS üçün prototip kimi istifadəsi ciddi geosiyasi mesajdır:

Vaşinqton Tehrana bildirir ki, əgər İran illərdir ABŞ silahlarının surətini hazırlayırsa, ABŞ da bunu edə bilər — həm də daha mükəmməl şəkildə.
Amerikanın yeni "Şahed”i haqqında nə bilinir

ABŞ Ordusu "Shahed-136” əsasında hazırlanmış FLM 136 və ya Lucas (Low-cost Unmanned Combat Attack System) dronlarını silahlanmaya qəbul edir. "The Telegraph” yazır ki, bu dronlar ABŞ-ın ilk xüsusi zərbə dron birliyinin əsası olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->