Xəbər lenti

ABŞ Zelenskinin sözündən qəzəblənib: Ukraynanın NATO-ya dəvəti rədd edilmə həddinə çatıb
Dünya 14:56 14.07.2023

ABŞ Zelenskinin sözündən qəzəblənib: Ukraynanın NATO-ya dəvəti rədd edilmə həddinə çatıb

NATO-nun Vilnüs sammitində ABŞ rəsmiləri Ukraynanın alyansa üzv olmaq dəvətini geri götürmək istəyiblər.

Qaynarinfo xəbər verir ki, bu barədə The Washington Post məsələ ilə tanış olan 6 nəfərə istinadən yazır

Onların fikrincə, Vaşinqtonun narazılığına Ukrayna prezidenti Volodimir Zelenskinin Tvitterdə sammitin yekun kommünikesinin qeyri-müəyyən ifadəsini və Ukraynanın NATO-ya daxil olması üçün konkret vaxt çərçivəsinin olmamasını tənqid etdiyi yazı səbəb olub.

"Görünür, Ukraynanı NATO-ya dəvət etməyə və ya onu alyansa üzv etməyə hazır deyillər” deyən Zelenski bütün vəziyyəti "görünməmiş və absurd” adlandırıb. "Qeyri-müəyyənlik zəiflikdir. Mən sammitdə bu barədə açıq danışacağam”, - deyə o yekunlaşdırıb.

Bu bəyanatın ortaya çıxması NATO ölkələrinin Vilnüsdəki nümayəndələrini "çaşdırıb”, ABŞ nümayəndə heyətini isə "qəzəbləndirib”, - WP mənbələri bildirir. Bundan dərhal sonra nazirlər və digər yüksək səviyyəli siyasətçilər alyansın Zelenskinin tənqidinə necə cavab verməsi ilə bağlı qeyri-rəsmi danışıqlar aparıblar.

Üç yüksək səviyyəli mənbə bildirib ki, ABŞ rəsmiləri kommunikenin Ukraynanın alyansa tezliklə daxil olması ifadalərini daha az əlverişli ifadalərlə əvəz edilərək onun dilini yumşaltmağı təklif ediblər. "Bəziləri "dəvət”lə bağlı ifadələri silmək və ya bu söz üçün başqa yer tapmaq istəyirdi”, - danışıqlarda iştirak edən həmsöhbətlərdən biri deyib.

New York Times-ın məlumatına görə, bir neçə nəfər Zelenskini əsəbiləşdirən ifadələrin kömmünikedən çıxarılmasını təklif ediblər. Amma ABŞ nümayəndə heyəti buna qarşı çıxıb. Müzakirə zamanı Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan otağa daxil olub, Baydeni masadan kənara çəkib və görünür, prezidenti nəsə etməyə inandırmağa başlayıb. 

WP yazır ki, xüsusilə Fransa prezidenti Emmanuel Makron orijinal mətnin saxlanmasında israr edib. O, Mərkəzi Avropa və Baltikyanı ölkələr tərəfindən dəstəklənib.

Sonda sənədə yenidən baxılmasının onun dərcini gecikdirəcəyi ilə bağlı konsensus əldə olunub və "nəticədə Ukraynanın reaksiyasından ən çox narahat olanlar bu qənaətə gəliblər ki, mətnin  ilkin olaraq tərtib edilmiş variantına sadiq qalmaq daha yaxşıdır”. "Bu, həm Ukraynaya, həm də Rusiyaya çox aydın və güclü siqnal göndərir”, - mənbə əlavə edib.

Xatırladaq ki, iyulun 11-12-də baş tutan ikigünlük NATO sammitinin yekunu olaraq G7 ölkələri Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı bəyannamə imzalayıblar. Ukrayna prezidentinin ofisi bildirib ki, bu, alyansa qoşulma yolunda mühüm qələbədir. Həmçinin sammitdə onlar Ukraynanın üzvlük prosedurunu sadələşdirib və Ukrayna-NATO Şurasının yaradılmasını elan ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->