Siyasət 14:27 05.09.2013

Abbas Abbasov: “İlham Əliyev çox iş görür”

“Azərbaycan prezidenti İlham Əliyev ölkədə idmanın inkişafı üçün çox iş görür. Yeni olimpiya kompleksləri tikilir. İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir. Bütün idman növlərini, xüsusən güləşi dəstəkləyir. İlham Əliyev nüfuzlu idman yarışlarını şəxsən izləyir və azərbaycanlı idmançıların çıxışlarına dəstək verir”.

Bu fikirləri Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri (“Milyarderlər İttifaqı”) Abbas Abbasov Beynəlxalq Olimpiya Komitəsinin Buenos-Ayresdə keçirilən 125-ci sessiyası ərəfəsində səsləndirib.

Sessiyada iştirak etmək üçün geniş tərkibli nümayəndə heyəti ilə bərabər Argentinaya gedən A.Abbasov sərbəst güləşin 2020-ci il Yay Olimpiya Oyunlarına daxil edilməsi uğrunda fəaliyyəti davam etdirəcəklərini bildirib.