Siyasət 17:13 09.10.2013

Abbas Abbasov kimə səs verdi? - FOTO

“Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Azərbaycanda keçirilən prezident seçkilərində öz səsvermə hüququndan istifadə edib. 

“Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, Abbasov  Azərbaycanın Moskvadakı səfirliyi vasitəsilə səsvermədə iştirak edib. 

O, səsini hazırki prezident İlham Əliyevə verdiyini və gənclərə müraciət edərək səslərini ölkələrinin gələcəyinə səs verməyə çağırıb:

“Öz rəyimi gizlətmək istəmirəm, mən indiki prezident İlham Əliyevə səsimi verdim və sizə müraciət edərək bildirirəm ki, siz öz qərarınıza ciddi yanaşmısınız və Azərbaycanın gələcəyinə səs vermisiniz”.

Qaynar.info