Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi (FOTOLAR)

Abramoviçin keçmiş arvadı yunan milyarderə ərə getdi (FOTOLAR)

Yəhudi əsilli rusiyalı milyarder, "Çelsi" klubunun sahibi Roman Abramoviçin keçmiş həyat yoldaşı Darya Jukova ərə gedib.

Qaynarinfo "Daily Mail”a istinadən xəbər verir ki, o, yunan milyarder Stavros Niarxosla ailə həyatı qurub. Cütlüyün toyu İsveçrədəki "Klum” hotelində keçirilib. Mərasim 6,5 milyon dollara başa gəlib.

Toyda iştirak edən qonaqlar arasında dizayner Stella Makkartni, amerikalı aktrisa Keyt Hadson və Böyük Britaniyanın şahzadəsi Beatris də olub.

Qeyd edək ki, Roman Abramoviç və Darya Jukova 2017-ci ildə boşanıblar. Bu nikahdan onların iki övladı var. 
XƏBƏRLƏR
BLOGLAR