ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Vaşinqton bəzi Belarus vətəndaşlarına xaricdə "müxaliflərə qarşı yönəlmiş” fəaliyyətlərinə görə viza məhdudiyyətləri tətbiq edir.
Qaynarinfo bu haqda mk.ru-ya istinadla xəbər verir.
"Birləşmiş Ştatlar istənilən bu cür fəaliyyəti, o cümlədən keçən il Tokio Yay Olimpiya Oyunları zamanı Belarus olimpiya idmançısı Kristina Timanovskayanın zorla ölkəyə qaytarılması cəhdlərini pisləyir”, - ABŞ rəsmisi bildirib.
Dövlət Departamentinin sənədində sanksiya tətbiq edilən şəxslərin adları yoxdur.
Minsk və Qərb arasında münasibətlər 2020-ci il avqustun 9-da keçirilən son prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib.
Respublika MSK-nın məlumatına görə, Aleksandr Lukaşenko 80,1% səslə altıncı dəfə rəqiblərinə qalib gəlib. Müxalifət Svetlana Tixanovskayanın seçkidə qalib gəldiyini hesab edir.
Uyğunsuzluqlar səbəbindən hakimiyyət tərəfindən yatırılan kütləvi etirazlar başlayıb. Qərb Lukaşenkonu legitim lider kimi tanımır.
Alpər
Şərhlər