Xəbər lenti

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)
Ekonomiks 09:48 19.05.2024

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Növbəti aylarda düyü yenidən bahalaşa bilər.

Asiya bazarında düyünün qiyməti aprelin əvvəlindən 71 dollar artaraq, bir ton üçün 649 dollara yüksəlib. Mövcud qiymət son 15 ildə ən yüksək göstərici kimi dəyərləndirilir.

İqtisadçı-ekspert Xalid Kərimli "Xəzər Xəbər"ə bildirib ki, düyü ixracında əsas pay sahibi olan ölkələrdə qeyri-sabit hava şəraiti ilə əlaqədar məhsuldarlığın xeyli aşağı düşməsi qiymətlərə mənfi təsir edən əsas amillərdən biridir:

"Dünya bazarının 40 faizini düyü ilə təmin edən Hindistanın ötən il ixraca qoyduğu məhdudiyyətin davam etməsi də qiymətlərə təsir edir".

Ekspert əlavə edib ki, qiymətlər dəyişdiyinə görə daxili bazarda yenidən bahalaşma olacağı proqnozlaşdırılır. Bu ilin ilk üç ayında ölkəyə dəyəri 20 min dollardan çox, 20 min tona yaxın düyü idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə düyü idxalında 14%-ə yaxın azalma olsa da, məhsulun dəyəri 3,8 faiz artıb.

Ekspert qeyd edib ki, düyünün qiymətində ən yüksək artım ilin əvvəlində müşahidə edilib.

Ətraflı süjetdə:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->