XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Sülh sazişi demək olar tam razılaşdırılıb" - Trampın nümayəndəsi əsas şərti açıqladı
Dünya13:59 13.09.2026

"Sülh sazişi demək olar tam razılaşdırılıb" - Trampın nümayəndəsi əsas şərti açıqladı

ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna ilə bağlı sülh danışıqlarında ərazi məsələsinin ən mürəkkəb problem olaraq qaldığını bildirib. Kuşner ABŞ-ın Rusiya və Ukrayna arasında üçtərəfli görüşün keçirilməsinə ümid etdiyini deyib.

Qaynarinfo xəbər verir ki, p, bu barədə 2026-cı il Yalta Avropa Strategiyası (YES) çərçivəsində bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfi Moskva və Kiyevdə keçirilən son danışıqlar raundlarının nəticələrindən razıdır və yaxın vaxtlarda üçtərəfli görüşün baş tutacağına ümid edir. Kuşner ərazi məsələsinin ən çətin mövzu olduğunu, bununla yanaşı, döyüş meydanındakı vəziyyətin və texnologiyaların inkişafının gözləntiləri üstələdiyini bildirib.

O, üçtərəfli görüş zamanı bu məsələlərin müzakirə olunacağına ümid etdiyini deyib. Kuşnerin sözlərinə görə, əsas məqsəd tərəfləri bir masa arxasında bir araya gətirməkdir.

Kuşner bildirib ki, Vladimir Putin Ukraynanın geri çəkilməli olduğu xətti müəyyənləşdirib. Onun sözlərinə görə, Ukrayna həmin xəttə, yəni Donbas ərazisində müəyyən edilmiş mövqeyə çəkilərsə, sazişin qalan hissəsi demək olar ki, hazır olacaq.

Ukrayna tərəfi bununla razılaşmır. Kuşnerin sözlərinə görə, vasitəçilər bu məsələnin həlli üçün yaradıcı yanaşma axtarırlar və Rusiyanı münaqişəni gələcəkdə təkrarlanmasının qarşısını alacaq çərçivədə dayandırmağa inandırmağa çalışırlar.

O, növbəti addımların yaxın həftələrdə atılacağına ümid etdiyini bildirib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov növbəti danışıqlar raundunun oktyabr ayında keçirilməsinin planlaşdırıldığını deyib. Onun sözlərinə görə, görüş üçtərəfli formatda keçirilə bilər. Danışıqların keçiriləcəyi məkan isə hələ açıqlanmayıb.

Aydın