Yolda iri çuxurlar yaranıb, avtomobillər çətinliklə hərəkət edirlər.
Söhbət paytaxtın Suraxanı rayonu, Zığ bağları, Samir Əliyev küçəsindən gedir. sakinlər bildirirlər ki, yolun bu vəziyyətdə olması, onların gediş-gəlişlərinə menaə yaradır.
Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlara müraciət ediblər. Lakin problemin həlli istiqamətində heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimmiyətinə müraciət edilib. Lakin, icra hakimiyyətindən hər hansısa mövqe öyrənmək mümkün olmayıb.//Xəzər TV
Şərhlər