Xəbər lenti

Dünya 13:30 07.10.2017

ABŞ bu ölkəyə tətbiq etdiyi sanksiyaları ləğv etdi

ABŞ Sudana 20 ildir tətbiq etdiyi iqtisadi sanksiya qərarını ləğv edib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert "16 ay davam edən diplomatik görüşlər nəticə verdi, Sudan höküməti qarşıdurmaların yaşandığı bölgələrdə vacib addımlar atdı və humanitar yardımların insanlara çatmasına şərait yaratdı. Bölgədə sabitliyin təminatı üçün ciddi işlər görülüb, lakin daimi sülh şəraitinin yaradılması üçün daha çox səy göstərmək lazımdır" deyib.

Açıqlamada həmçinin Sudan hökümətinin BMT-nin Şimali Koreya ilə bağlı son sanksiya qərarlarına əməl eləməli olduğu bildirilib.

Gülşən

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->