Xəbər lenti

Texnologiya 23:28 04.05.2024

"Apple" indiki modeldən daha ucuz olacaq büdcəli "iPad 11" hazırlayır

"Apple" 11-ci nəsil "iPad"in baza modelinin qiymətini azaltmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"in jurnalisti Mark Qurman şirkətə yaxın mənbələrə istinadən məlumat verib.

Mayın 7-də "Apple" yeni flaqman planşetləri "iPad Pro" və "iPad Air" təqdim edəcək. Paralel olaraq, şirkət bu xəttdə mövcud funksiyaların saxlanmasına və qiymətin aşağı salınmasına diqqət yetirməklə, əsas "iPad"in yeni nəslini hazırlayır.

Hazırkı 10-cu nəsil "iPad" ABŞ-da 449 dollara satılır, lakin "Apple" yeni məhsulun qiymətini aşağı salmaq və onun dəyərini 329 dollar olan 9-cu nəsil modelinə yaxınlaşdırmaq niyyətindədir. Bu modelin daha ucuz olmasına baxmayaraq, köhnəlmiş bir dizayna malikdir və xüsusiyyətlərinə görə indiki nəsildən əhəmiyyətli dərəcədə aşağıdır.

"Apple"ın yeni büdcə planşetinin qiymətini nə qədər aşağı sala biləcəyi məlum deyil. "Bloomberg" yazır ki, onun təqdimatı 2024-cü ilin sonundan tez olmayacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->