XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Zukerberq, Mask və Huan Trampı süni intellektə nəzarət qurumundan imtinaya inandırıb
Texnologiya11:09 18.09.2026

Zukerberq, Mask və Huan Trampı süni intellektə nəzarət qurumundan imtinaya inandırıb

“Meta”nın rəhbəri Mark Zukerberq, “SpaceX”in rəhbəri İlon Mask və “Nvidia”nın CEO-su Censen Huan ABŞ Prezidenti Donald Trampla ayrı-ayrılıqda görüşərək süni intellekt sənayesinə nəzarət edəcək yeni qurumun yaradılmasına qarşı çıxıblar. “The Wall Street Journal”ın yazdığına görə, onların mövqeyindən sonra Tramp administrasiyası bu planı həyata keçirməyib.

Qaynarinfo xəbər verir ki, təklif “Google DeepMind”in rəhbəri Demis Hassabis tərəfindən irəli sürülüb. Model ABŞ-ın maliyyə sektorunda fəaliyyət göstərən FINRA-ya bənzər, sənaye tərəfindən maliyyələşdirilən qurumun yaradılmasını nəzərdə tuturdu.

Qurumun əsas vəzifəsi qabaqcıl süni intellekt modelləri üçün təhlükəsizlik standartları hazırlamaq və onların müəyyən risklər baxımından qiymətləndirilməsini təşkil etmək olmalı idi. Təklifə əsasən, qurum dövlət strukturları və milli laboratoriyalarla əməkdaşlıq edəcəkdi.

Onların fikrincə, belə bir mexanizm “OpenAI”, “Anthropic” və “Google DeepMind” kimi aparıcı şirkətlərin süni intellekt standartlarının formalaşmasında daha böyük təsir qazanmasına və bazarda üstünlüklərinin möhkəmlənməsinə səbəb ola bilərdi.

Üç rəhbər Tramp administrasiyasının süni intellekt sahəsində daha yumşaq tənzimləmə yanaşmasını davam etdirməsinə üstünlük verib. Onlar bu mövqelərini Trampla ayrı-ayrı söhbətlərdə ifadə ediblər. WSJ-nin yazdığına görə, Tramp nəticədə qurumun yaradılması ilə bağlı planı dəstəkləməyib.

Şəbnəm İbrahimxəlilova