Dünya 14:58 06.03.2020

ABŞ casusluq elanında Vısotskinin şəklindən istifadə etdi, oğlu acıqlandı

Vladimir Vısotskinin oğlu Nikita Vısotski ABŞ Federal Təhqiqat Bürosu tərəfindən Sovet şairi, aktyoru və müğənsinin fotoşəklinin Facebook-dakı reklamda yerləşdirilməsinə münasibət bildirib. 

Qaynarinfo xəbər verir ki, söhbət FTB-nin rusları əməkdaşlığa çağırdığı reklamdan gedir.

"Bu axmaqlıqdır. Fikrimcə, bu, hüquqi baxımdan da səhvdir", - əfsanəvi müğənninin oğlu deyib.

Onun sözlərinə görə, qərar qəribədir, çünki atası heç vaxt "çuğulluğa meyilli” insan olmayıb. "Bəlkə də bunda pis bir şey yoxdur, amma mənə çox qəribə, sarsaq və dəxlisiz gəldi", - Nikita Vısotski bildirib.

Xatırladaq ki, FTB Facebook və İnstagram sosial şəbəkələrində Vladimir Vısotskinin şəklindən istifadə edərək rus dilində bir reklam yerləşdirib. Elan müğənninin ağ-qara fotoşəklinin üstünə ağ hərflərlə rus dilində yazılıb: 

"Görüş yerini dəyişmək olmaz. Deyəcəyimiz sözlər var. Biz də Vısotskini sevirik". Elanda FTB büroya kömək edə biləcək məlumatları onlarla paylaşmağı xahiş edib.

Alpər