Şimali Koreyanın nüvə sınağından sonra ABŞ və Cənubi Koreya əks addımlar atmağa başlayıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreyanın ötən gün gerçəkləşdirdiyi raket sınağından sonra hərbi gəmilərdən 2 atəş açıb. Mərmilər Şərq dənizində təşkil edilən hərbi təlim zamanı atılıb.
ABŞ isə Cənubi Koreyaya milyardlarla dollar dəyərində silah satışı barədə qərar verib.
Qeyd edək ki, bir neçə gün əvvəl Şimali Koreya hidrogen bombasını sınaqdan keçirib. Bir çox ölkə və təşkilatlar bu barədə sərt bəyanatlar verib və Şimali Koreyanı addımına görə tənqid edib. Rusiya prezidenti Vladimir Putin isə bu gün verdiyi açıqlamada Şimali Koreyanı təhlükə olaraq görmədiyini bildirib və bu ölkəyə qarşı sanksiyaların qlobal fəlakətə səbəb ola biləcəyini vurğulayıb.
Gülşən
Qaynarinfo.Az
Şərhlər