Xəbər lenti

ABŞ-da bu gün koronavirusa qarşı peyvəndin ilk sınağı keçiriləcək
Dünya 09:53 16.03.2020

ABŞ-da bu gün koronavirusa qarşı peyvəndin ilk sınağı keçiriləcək

Bu gün ABŞ-da koronavirusdan qorumaq üçün hazırlanmış peyvəndin ilk kliniki sınağı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, sınaqda iştirak edən ilk şəxsə eksperimental doza daxil ediləcək.

Qeyd edildiyi kimi, testlər Sietl mərkəzli Kaiser Permanente Washington Səhiyyə Araşdırma İnstitutunda 45 sağlam gənc könüllü üzərində aparılacaq. Peyvənd Milli Səhiyyə İnstitutları (NIH) və Moderna Inc. tərəfindən hazırlanıb. 

Səhiyyə sahəsindəki mənbələrə görə, potensial bir peyvəndin tam tətbiqi üçün 12 aydan 18 aya qədər vaxt tələb olunur. Mənbə, nümunələrdə virus olmadığı üçün eksperimentdə iştirak edənlərin yoluxma ehtimalının istisna edildiyini bildirib. Təcrübənin məqsədi peyvəndlərin ciddi yan təsir göstərməməsinə əmin olmaqdır.

Xatırladaq ki, hazırda ABŞ-da koronavirus xəstələrinin sayı, demək olar ki, 3,5 minə çatıb, 65 qurban var.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->