Xəbər lenti

ABŞ-da hakimiyyət böhranı: Trampı vəzifəsindən necə qovmalı?..
Dünya 14:48 13.01.2021

ABŞ-da hakimiyyət böhranı: Trampı vəzifəsindən necə qovmalı?..

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin vitse-prezidentinə hazırkı dövlət başçısı Donald Trampın hakimiyyətdən uzaqlaşdırılmasını təklif edən qətnamənin lehinə səs verib. Pens isə öz növbəsində əvvəlcədən bundan imtina edib.

Qaynarinfo xəbər verir ki, qətnamə Palatanın 223 üzvü tərəfindən dəstəklənib, 205 nəfər əleyhinə olub. Sənədə yalnız bir Respublikaçı səs verib, bütün Demokratlar qətnaməni dəstəkləyiblər.

Sənəd vitse-prezidentdən Konstitusiyanın dövlət başçısının vəzifələrini icra edə bilməməsi ilə bağlı 25-ci düzəlişindən istifadə etməyə çağırır. Beləliklə, Pens administrasiya üzvlərinin əksəriyyətinin dəstəyi ilə Trampı istefaya göndərə və Konqres bu qərarı təsdiqləyənə qədər prezidenti əvəz edə bilər.

Demokratlar Pens bu cür tədbirlər görməsə, qiyam qaldırmaq ittihamı ilə Nümayəndələr Palatasında prezidenti impiçment edəcəkləri ilə hədələyiblər. Eyni zamanda, dövlət başçısının vəzifəsindən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsinə ehtiyac var, lakin bu, hələ mövcud deyil. Üstəlik, yuxarı palata, Trampın 20 yanvarda vəzifəsindən getməzdən əvvəl ittihamları nəzərdən keçirməyə vaxtı olmayacaq.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->