ABŞ-da koronavirus bir gündə 1973 insan öldü

ABŞ-da koronavirus bir gündə 1973 insan öldü

ABŞ-da artıq ikinci gündür koronavirusdan rekord sayda ölüm baş verir.

Qanarinfo "Report”a istinadən xəbər verir ki, bu barədə yerli və federal hakimiyyət orqanlarının göstəriciləri əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilir ki, gün ərzində Birləşmiş Ştatlarda yeni virusdan 1 973 nəfər ölüb. 

Məlumata görə, ABŞ-da COVID-19 infeksiyasına ümumilikdə 430 376 nəfər yoluxub. Ölkədə 14 739 nəfər pandemiyanın qurbanı olub, xəstəxanalarda müalicə edilən 23 707 nəfər sağalaraq evə buraxılıblar. 

Qeyd edək ki, bundan əvvəlki antirekord aprelin 7-də qeydə alınıb. Həmin gün Birləşmiş Ştatlarda 1,7 mindən çox insan ölüb. Buna qədərki antikrekord isə aprelin 3-də qeydə alınıb. Aprelin 3-də ABŞ-da 1,4 min insan pandemiyanın qurbanı olub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR