Xəbər lenti

Göz sağlamlığı üçün təhlükəli kosmetika açıqlandı
Sağlamlıq 20:21 26.06.2025

Göz sağlamlığı üçün təhlükəli kosmetika açıqlandı

Suya davamlı (waterproof) kosmetika məhsulları gözlərdə quruluq sindromuna, yanma, qızartı, batma hissi və görmə zəifliyinə səbəb ola bilər. 

Qaynarinfo "Daily Mail"ə stinadən xəbər verir ki, bu barədə avstraliyalı oftalmoloq Jaklin Belts xəbərdarlıq edib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə suya davamlı tuş (maskara) tərkibindəki maddələr gözlərə zərər verir: "Bu məhsulların tərkibindəki maddələr uzunmüddətli dayanıqlığı təmin etsə də, gözün səthindəki yaşlıq təbəqəsini qurudur".

Oftalmoloq izah edir ki, göz yaşını qoruyan bu təbəqə – yəni göz yaşı filmi – gözlərin nəmlənməsini və xarici təsirlərə qarşı müdafiəsini təmin edən nazik bir maye qatıdır. Bu təbəqənin pozulması isə quruluq sindromunun əsas səbəblərindəndir.

Belts əlavə edib ki, suya davamlı kosmetikanın silinməsi də ayrı bir problemdir. Belə makiyajı təmizləmək üçün daha güclü maddələr və fiziki təzyiq lazım gəlir ki, bu da gözlərin qıcıqlanmasına və daha çox zərər görməsinə səbəb ola bilər.

Kanadalı optometrist Culian Prosiya da bu təhlükəyə diqqət çəkərək bildirib: "Ümumiyyətlə, kosmetik məhsullar göz quruluğu və qıcıqlanmaya səbəb ola bilər, amma suya davamlı makiyaj bu baxımdan ən zərərlisidir. Bu cür məhsullar meybom vəzilərinin fəaliyyət pozğunluğuna daha tez yol açır".

Meybom vəziləri disfunksiyası – göz yaşı tərkibindəki yağ komponentlərinin azalması ilə müşayiət olunan geniş yayılmış problemdir. Nəticədə göz səthindəki nəm daha tez buxarlanır və quruluq simptomları kəskinləşir.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->