ABŞ-ın Nyu-York şəhərindəki Bronx zooparkında yaşayan Nadia adlı pələngdə Kovid-19 virusu müəyyən edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, pələnglə eyni yerdə qalan digər 3 pələng və 3 aslanda da müxtəlif virus simptomları ortaya çıxıb. Lakin bütün heyvanların vəziyyətinin yaxşı olduğu bildirilib.
Pələngə infeksiyanın zoopark işçilərindən birindən keçdiyi açıqlanıb.
Camal
Şərhlər