Dünya 09:58 11.08.2020

ABŞ-da polis 8 yaşlı uşağı qandallayıb həbsxanaya apardı

ABŞ-ın Florida ştatında polis 8 yaşlı bir uşağı qandallamağa çalışıb.
 
Qaynarinfo "Miami Herald”a istinadla xəbər verir ki, hadisə 2018-ci ildə baş verib. 

Polis bir şagirdin müəllimini sinəsinə zərbə vurduğu məktəbə çağrılıb. Polislər uşağa onlarla birlikdə həbsxanaya gedəcəyini deyib. Bundan sonra ona nə etdikləri bilinmir.

Bir neçə ay əvvəl öldürülmüş Corc Floydun vəkili Benjamin Kram həmin hadisəni yada salıb. Onun sözlərinə görə, uşaq həqiqətən də qorxutmaq üçün həbsxanaya aparılıb. Uşaq o qədər kiçik olub ki, qandallar əllərindən düşüb.
 
Alpər