Foto 10:54 01.11.2017

ABŞ-da terror: 8 ölü, 12 yaralı (FOTOLAR)

Nyu Yorkda yük maşını velosiped yolundakı insanların üstünə sürülüb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər yerində, 2 nəfər isə xəstəxanada dünyasını dəyişib. Onlardan 5-i argentinalı, 1-i isə belçikalı turist olub. Terakt nəticəsində 12 nəfər yaralanıb. 

Terror hadisəsini törədən şəxs 2010-cu ildə ABŞ-a miqrant kimi gələn Seyfulla Saypovdur. Özbəkistan əsilli Saypovun fotosu mediada yayımlanıb. O, polis tərəfindən qarnından vurulub. 

Faciə törədilən əraziyə yaxın yerdə yük maşınının İŞİD-ə aid olduğunu göstərən ərəbcə mətnlər tapılıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlama verərək terrorun qurbanı olan şəxslərə və ailələrinə başsağlı və dualarını göndərib. Prezident həmçinin bildirib ki, İŞİD-i Mərkəzi Asiya və digər yerlərdə məğlub edəndən sonra geri qayıtmalarına icazə verməməliyik.

Gülşən
Qaynarinfo.Az