ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gələcəklər

ABŞ-da yaşayan azərbaycanlı həkimlər bir araya gələcəklər

Bu gün ABŞ-ın Vaşinqton şəhərində həmyerlimiz, həkim-cərrah Rauf Şahbazovun rəhbərlik etdiyi "Azerbaijani American Medical Association" təşkilatının konfransı keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, konfransda ABŞ-da çalışan azərbaycanlı həkimlərlə yanaşı, Avropadan, eləcə də ölkəmizdən dəvət olunan həkim soydaşlarımız da iştirak edəcəklər. Konfransın məqsədi ABŞ-da yaşayan həkimlərimizin bir-biri ilə tanışlığı, o cümlədən gündəlikdə öz əksini tapmış məsələlərin müzakirəsi olacaq. 

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan səhiyyəsinin inkişafına töhfə verməyin yollarını araşdırmaqdan ibarətdir.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏRLƏR
BLOGLAR