Boyd Buşman ABŞ-da "51-ci bölgə" (Area 51) deyilən hərbi araşdırma mərkəzində çalışan və ölümündən qısa bir müddət öncə çəkdiyi video ilə bu bölgədəki həqiqətləri dünyaya çatdıran elm adamıdır.
Qaynarinfo xəbər verir ki, o, ABŞ rəsmiləri tərəfindən hər zaman inkar edilən "51-ci bölgə" mərkəzini gördüyünü və orada yadplanetlilərin quruluşu ilə bağlı araşdırma aparan bir qrup elm adamının çalışdığını iddia edib.
Boyd Buşman mərkəzdə çəkilən fotoları dəlil olaraq göstərərək çəkdiyi videoda "51-ci bölgə"də ələ keçirilən yadplanetlilərin iki növ olduğunu bildirib. Onlar Yer sakinləri ilə "dostluq edənlər" və "düşmənlik edənlər" qruplarına bölünüb. Boyd Buşman yadplanetlilərin uzun barmaqlara və pərdəli ayaqlara sahib olduqlarını, Quyntumniya adlı bir planetdən dünyaya gəldiklərini bildirib. O, iddialarını yadplanetli və UNO şəkilləri ilə dəstəkləyir.
Açıqladığı ən önəmli bilgilərdən biri isə "51-ci bölgə"də yaşayan yadplanetlilərin bir çoxunun yaşının 250 və daha artıq olmasıdır. Həmçinin bunlardan 18-nin ABŞ üçün çalışdığını bildirir.
Boyd Buşman bir UNO-dan götürdüyü kosmos daşının 2000 Amper gücündə olduğunu iddia edib.
ABŞ hökumətinə çalışan yadplanetlilər barədə məlumatlarının olduğunu deyən Boyd Buşman onların dünyanın ən çox əhalisi olan bölglərini yox etməyə çalışacaqlarını, bununla da daha az insanın yaşadığı bölgələri asanlıqla nəzarət altına alacaqlarını bildirib.
Qeyd edək ki, Las Veqasın 153 km şimalında yerləşən "51-ci bölgə" 76 kvadrat km-dir. ABŞ Hava Qüvvələrinə məxsus mərkəz təyyarə və düşmən silahlarını araşdırmaq və analiz etmək məqsədi ilə istifadə olunur. Yeni təyyarələrin sınaq uçuşlarının və yeni texnologiyaların burda tətbiq olunduğu bildirilir.
Amma son illər mərkəzdə UNO-larla bağlı araşdırmaların aparıldığı, burda çox sayda yadplanetlinin saxlanıldığı iddia olunur. Lakin ABŞ hökuməti bu iddiaları israrla təkzib edir. 4 yanvar 2016-cı ildə keçirilən prezident seçkilərində namizəd olan Demokratlar Partiyasından Hillari Klinton yadplanetlilərin dünyanı ziyarət edə biləcəyi ilə bağlı məlumatların olduğunu, prezident seçiləcəyi halda "51-ci bölgə" ilə bağlı ciddi yoxlamalar aparacağına söz vermişdi.
"51-ci bölgə" dünyada ən güclü mühafizə olunan yerlərdən biridir. Las Veqasın 153 km şimalında, Qroom gölünün yaxınlığında yerləşən mərkəz Nevada Test Sahəsi və Nellis Hava Qüvvələrinin əhatəsindədir. Ən yaxın yaşayış məntəqəsi Raçel qəsəbəsidir.
Nevada magistralında, heç bir insanın yaşamadığı ərazidə yerləşən mərkəzin yaxınlığında sadəcə bir fermerin istifadə etdiyi bir poçt qutusu var. "51-ci bölgə" ərazisinə giriş qəti qadağandır. Əraziyə girməyə çalışanları təhlükəsizlik əməkdaşlarının öldürmək hüququ var. Ərazidə böyük xəbərdarlıq lövhələri və hər yerdə təhlükəsizlik kameraları yerləşdirilib. Məxfi mərkəzə havadan və yerdən 30 milə qədər yaxınlaşmaq qadağandır.
"51-ci bölgə"ni "Cammo Dudes" adı verilən nəzarətçilər mühafizə edir. Onlar mərkəzin sərhədlərinə yaxınlaşan insanlara və avtomobillərə xəbərdarlıq etmək səlahiyyətinə sahibdir. Xəbərdarlıqlara məhəl qoymayanlar yüksək məbləğdə cərimə olunur. "Cammo Dudes"lərin rütbəsi yoxdur. Daha yüksək rütbəli əskərlərin isə bölgəyə yaxınlaşmaq və daxil olmaq hüququ olmayanları öldürmək hüququ var.
Aydın
Şərhlər