ABŞ-la Bəhreyn arasında 4 milyard dollarlıq müqavilə imzalanacaq.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, müqaviləyə əsasən, 19 ədəd yeni F-16 hərbi təyyarə satışı həyata keçiriləcək və əvvəlcədən alınan 20 ədəd F-16 modernləşdiriləcək.
Bundan əlavə, patrul qayıqları, "Tow" raketləri də ticarət müqaviləsinə əsasən ABŞ-dan alınacaq.
Bildirilir ki, ticarətin məqsədi körfəzin təhlükəsizliyini gücləndirmək, İŞİD-ə qarşı koalisiyada yer alan Bəhreynin hərbi gücünü yüksəltməkdir.
Gülşən
Qaynarinfo.Az
Şərhlər