Xəbər lenti

ABŞ-dan İsrailə 10 milyardlıq hədiyyə
Dünya 10:30 23.04.2013

ABŞ-dan İsrailə 10 milyardlıq hədiyyə

ABŞ-ın müdafiə naziri Çak Hegel İsrailə bölgədə hava üstünlüyünü təmin edəcək xüsusi silah satışı ilə bağlı danışıqların son mərhələyə çatdığını açıqlayıb.

Qaynar.info-nun TRT-yə istinadən verdiyi məlumata görə, Yaxın Şərq səfəri çərçivəsində İsraildə olan Hegel bu ölkənin müdafiə naziri Moşe Yaalonla görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında Pentaqon rəhbəri ABŞ-ın heç bir ölkəyə vermədiyi imkanı İsrailə verdiyini deyib. Hegel İsraillə yeni hərbi sazişin artıq son mərhələdə olduğunu, bunun məqsədinin isə İsrailin hava üstünlüyünü təmin etmək olduğunu bildirib.

"İsrailə İrana hərbi müdaxiləylə bağlı nə tövsiyə edirsiniz" sualının cavabında isə Hegel İsrailin suveren dövlət olaraq özünü müdafiə haqqına sahib olduğunu deyib. 

Pentaqon rəhbəri daha sonra İranla bağlı hərbi variantın hər zaman masada durduğunu deyib. 

İsraillə ABŞ arasındakı 10 milyard dollarlıq yeni hərbi sazişə "Boeing V 22" vertolyotları, KC-135 havada yanacaqdoldurma təyyarəsi, qırıcılar üçün radar sistemləri, anti-radiasiya raketlərinin satışı daxildir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->