Xəbər lenti

ABŞ-dan şok Türkiyə qərarı: viza verilişini dayandırdı
Siyasət 23:25 08.10.2017

ABŞ-dan şok Türkiyə qərarı: viza verilişini dayandırdı

ABŞ hökuməti Türkiyəyə qarşı sərt qərar qəbul edib. "Qaynarinfo" xəbər verir ki, ABŞ-ın Türkiyədəki səfirliyi immiqran olmayan bütün vizaların verilməsini müvəqqəti olaraq dayandırıb.

Qərara səbəb kimi "işçi təhlükəsizliyi" göstərilib. Bu barədə səfərliyin "Twitter" hesabı məlumat yayıb. Açıqlamada deyilir: 

"Son zamanlar baş verən olaylar, ABŞ hökumətini Türkiyə hökumətinin ABŞ missiyasıın bazasının və işçilərinin təhlükəsizliyi ilə bağlı öhdəliklərini yenidən gözdən keçirməyə məcbur etdi. Bu müddət ərzində səfirliyimiz və konsulluqlarımıza gələnlərin sayını minimuma endirmək üçün bu andan etibarən Türkiyədəki bütün ABŞ diplomatik missiyalarında immiqrant olmayan vizaların verilməsini dayandırırıq".

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ABŞ başkonsulluğunun əməkdaşlarından biri (adı açıqlanmır, M.T. olaraq təqdim edirilir. O, siyasi və hərbi casusluqda, konsitutsiya nizamını pozmağa cəhddə və Türkiyə hökumətini devirməyə cəhddə günahlandırılır.

ABŞ-ın Türkiyədə verilməsini dayandırdığı viza növləri bunlardır:

(A, G, NATO) Diplomatik və rəsmi vizalar

(B) Iş, turizm, tibbi müalicə vizası

(C) ABŞ-dan tranzit keçid vizası

(D) Ekipaj vizası

(E1/E2/E3) Ticarət / İnvestor vizası

(F/M) Akademik təhsil və ya dil öyrənmək / Peşə və ya akademik olmayan təhsil vizaları

(J) Mübadilə proqramı vizası

(H, L, O, P, Q, R) Müvəqqəti işçi / İş və staj vizası

(I) mətbuat və jurnalistlər

Aydın 

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->