Xəbər lenti

ABŞ-dan Türkiyəyə çağırış
Dünya 09:43 11.06.2013

ABŞ-dan Türkiyəyə çağırış

ABŞ administrasiyası hesab edir ki, rəsmi Ankara polis qüvvələrinin aksiya iştirakçılarına qarşı zorakılıq hərəkətlərini araşdırmalıdır.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.  

Xatırladaq ki, ötən həftə Avropa Birliyi də Türkiyəyə analoji çağırışla müraciət  edib. Qeyd edək ki, polisin etirazçılara qarşı güc tətbiq etməsi nəticəsində yüzlərlə insan xəsarət alıb.  

“Biz narahatçılıqla hadisələri izləyirik. ABŞ dinc etiraz da daxil olmaqla demokratiyanın fundamental əsaslarını təşkil edən söz və azad toplaşma hüququnu tam dəstəkləyir. Biz hesab edirik ki, etirazçıların əksəriyyəti öz hüquqlarını reallaşdıran sadə, qanunlara riayət edən vətəndaşlardır”, - deyə Karni qeyd edib.

“Polisin həddindən artıq güc tətbiq etməsi, xeyli sayda xəsarət alanların olması və külli miqdarda maddi zərər haqqında yayılan xəbərlər narahatlıq doğurur. Biz bu hadisələrin  araşdırılmasına dair səslənən çağırışları alqışlayırıq”, - deyə Ağ Ev nümayəndəsi əlavə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->