Dünya 14:00 17.01.2019

ABŞ-dan vətəndaşlarına Türkiyəyə səyahət xəbərdarlığı

ABŞ xarici işlər nazirliyi vətəndaşlarına Türkiyəyə səyahət barədə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, açıqlamada ABŞ vətəndaşlarına Türkiyəyə səyahət planlarını yenidən nəzərdən keçirmək, terror təhlükəsinə görə xüsusilə Suriya, İraq sərhədinə səfər etməmək məsləhət görülür. Həmçinin bildirilir ki, ticarət mərkəzləri, otellər, əyləncə, mədəniyyət, təhsil mərkəzləri, restoranlar və s. ərazilər terrorçuların hədəfə aldığı yerlərdir.

Gülşən