Xəbər lenti

ABŞ Əfqanıstana hava dəstəyini kəsdi: Taliban hakimiyyətə qayıda bilər
Dünya 13:34 15.06.2021

ABŞ Əfqanıstana hava dəstəyini kəsdi: Taliban hakimiyyətə qayıda bilər

ABŞ Mərkəzi Komandanlığının komandiri, general Kennet MakKenzi Əfqanıstandan qoşunları çəkildikdən sonra Pentaqonun artıq hökumət qüvvələrinə hava dəstəyi verməyəcəyini deyib. 

Qaynarinfo xəbər verir ki, bu haqda Amerika mətbuatı yazıb.

Əvvəllər Əfqan Milli Ordusu qüvvələri bəzi dayaq məntəqələrinə hücum olması halında hava dəstəyi çağıra bilərdi.

Bir qədər əvvəl Taliban Əfqanıstandakı hökumət qüvvələrinə qarşı hücuma keçib. ABŞ artıq hərbi kontingentinin yarısını Əfqanıstandan çıxarıb. Çıxarışın 11 sentyabr 2021-ci ilə qədər tamamlanması planlaşdırılır. Əfqanıstandakı xarici qoşunların geri çəkilməsi prosesi Taliban qrupları tərəfindən hökumət qüvvələrinə edilən hücumlarla müşayiət olunur. ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatları başlamazdan əvvəl - 1996-2001-ci illərdə ölkəni Taliban idarə edib. 20 il sonra vəziyyətin təkrarlanması ehtimalı var.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->