Dünya 10:29 01.09.2018

ABŞ əhalisinin 49%-i Trampın impiçmentini istəyir

ABŞ əhalisinin 60%-i prezident Donal Trampdan narazıdır.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 26-29 avqustda keçirilən anketdə iştirakı edənlərin 60%-i Trampdan narazı olduğunu, 36%-i isə razılığını bildirib. Sorğuya görə insanların 49%-i prezidentin impiçmentini istəyir, 46%-i isə buna razı deyil. 63% insan 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi məsələsinin araşdırılmasının tərəfdarıdır, 29% şəxs isə buna qarşı çıxır. 

Qeyd edək ki, sorğuda 1003 nəfər iştirak edib və nəticədəki yanlışlıq ehtimalı 3,5% qiymətləndirilib.

Gülşən