ABŞ-ın Ticarət üzrə federal komissiyası "Facebook İnc.” şirkətini 5 milyard dollar məbləğində cərimələyib.
Xarici agentliklərin verdikləri məlumata görə bu ABŞ tarixində rekord sayılır.
Gələn xəbərlərdə Komissiyanın dünyanın ən böyük sosial şəbəkəsinə qarşı hücumunun təkcə maliyyə sanksiyaları ilə kifayətlənməyəcəyi deyilir.
Belə ki, Facebook üzərinə əlavə məhdudiyyətlər də gətirilib.
Bundan başqa, şirkətdən korporativ strukturunu dəyişdirməsi tələb olunur.
Qeyd olunur ki, sanksiyaların tətbiq olunmasında əsas məqsəd "Facebook İnc.”in istifadəçilərinin şəxsi məlumatları ilə bağlı 3-cü tərəfin gördüyü fəaliyyətə görə şirkəti cəzalandırmaqdır.
Xatırladaq ki, hələ keçən il Kolumbiya dairə prokurorluğu (Vaşinqton) "Facebook”a qarşı istifadəçilərin özəl informasiyalarını "Cambridge Analytica” şirkətinə sızdırması ilə əlaqədar iddia vermişdi. Hələ həmin dövrdə mətbuat sosial şəbəkənin ciddi cəzalara məruz qalacağı barədə xəbərdarlıq edirdi.
Kolumbiya dairəsinin baş prokuroru Karl Reysin tərəfindən imzalanan sənəddə Mark Sukerberqin rəhbərlik etdiyi sosial şəbəkə "milyonlarla şəxsin özəllik qaydalarını pozaraq onlarla bağlı xüsusi informasiyaları 3-cü tərəfə ötürməkdə” ittiham olunub. Həmin 3-cü tərəf, yəni "Cambridge Analytica” isə bundan siyasi məqsədlərlə istifadə edərək, seçicilərin fikirlərini konkret namizədə (Donald Trampa-red.) yönəltmək məqsədilə manipulyasiya fəaliyyətini həyata keçirib.
Şərhlər