Ekonomiks 20:44 02.11.2019

ABŞ-ın dövlət borcu rekord məbləğə çatdı

ABŞ-ın dövlət borcu 23 trilyon dollara çatıb.

Qayanrinfo xəbər verir ki, bu rekord məbləğ hesab edilir. ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında göstərilən məbləğ oktyabrın 31-də ölkənin dövlət borcunun vəziyyətini əks etdirir.

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, ABŞ-ın dövlət borcu 2023-cü ildə ümumi daxili məhsulun 117 faizinə çatacaq. Halbuki 2017-ci ildə bu göstərici 108 faiz idi. ABŞ-ın hazırkı borc problemləri 2007-2008-ci illərdə baş verən iqtisadi-maliyyə böhranından miras qalıb. Həmin dövrdən bəri ölkədə dövlət borcunun tavanı bir neçə dəfə qaldırılıb.