Siyasət 11:26 27.07.2021

ABŞ-ın Ermənistan səfirinin sərhədə səfəri... – Zərdüşt Əlizadənin şərhi

"Mən bu səfərdə qeyri-adi heç nə görmürəm. Səfərin məqsədi var”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysinin Kəlbəcər rayonu ilə həmsərhəd Geqarkunik vilayətinə olan səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Amerika səfiri həqiqəti sadəcə öz gözü ilə görmək istəyib:
"Amerika səfiri əyalətə gəlir və sonra məlumat verir ki, getdim, bəzi şeyləri öz gözümlə gördüm. Bəli, atışma olub, tərəflər bir-birlərini ittiham edirlər, ölənlər var, vəziyyət gərgindir və s. Amma bunu sübut eləmək mümkün deyil, ümumi sözlər. Biri var, jurnalistlərin sözünə istinadən desin, biri də özü görsün. Düşünmürəm ki, Amerika səfiri kimisə gühakar elan eləsin”.

Politoloq hesab edir ki, Vardenis Ermənistanın əyalətidir və onun statusu heç kim tərəfindən şübhə doğurmur.

Qeyd edək ki, iyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd Geqarkunik vilayətinə səfər edib.

Bahar Rüstəmli